Ramin Nəsibov tezliklə məşqlərə başlayacaq

Ramin Nəsibov tezliklə məşqlərə başlayacaq
XƏBƏR 5 May 2009 / 11:45 2458
-  A +

“Simurq”un hücumçusu Ramin Nəsibovun zədəsi sağalmaq üzrədir. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində futbolçu özü məlumat verib: “Artıq bərpaetmə prosesi başa çatmaq üzrədir. Hazırda vəziyyətim yaxşılığa doğru dəyişirr. Hələ də həkim nəzarəti altındayam. Lakin həkimlərin dediklərinə görə, tezliklə məşq edə bilərəm. Daha doğrusu, yalnız qaçmaqla kifayətlənəcəyəm. Meydana nə vaxt qayıdacağımı dəqiq deyə bilmərəm. Bu mövsüm mənim üçün başa çatıb. İnşallah, qarşıdakı mövsümdə yenidən yaşıl meydana qayıdacağam”.
Xatırladaq ki, bir müddət əvvəl ciddi zədə alan Nəsibov bu səbədən xeyli müddətdir meydanlardan uzaq qalıb. Futbolçu Türkiyənin Istanbul şəhərində əməliyyat olunub.    


Son xəbərlər