Vüqar Nadirov: “Hakim qapımıza olmayan penaltini verdi”

XƏBƏR 4 May 2009 / 18:33 2265
-  A +

  “Neftçi” ilə oyunu komanda olaraq çox yaxşı oynadıq. Fikrimcə qələbəyə layiq idik. Lakin  hakim imkan vermədi”. Bu sözləri Qol.Az-a “Karvan”ın və Azərbaycan millisinin hücumçusu Vüqar Nadirov deyib. O, “Neftçi” ilə oyunlarını idarə edən baş hakim Əfqan Həmzəyev və köməkçilərinin qarşılaşmanı aşağı səviyyədə idarə etiklərini deyib. Nadirov  hakimlərin onları qələbədən məhrum etdiklərini dedi: “Hələ ilk hissədə mən qol vursam da, yan xətt hakimi oyundankənar vəziyyət qeydə alaraq qolu hesaba almadı. Lakin mənə elə gəlir ki, həmin epizodda qayda pozuntusu yox idi. Bundan başqa, hesabda öndə olduğumuz vaxtda baş hakim qapımıza olmayan penaltini verdi və futbolçumuzu meydançadan çıxardı. Bundan sonra vəziyyətimiz çətin olsa da, azlıqda rəqibə layiqli müqavimət göstərdik. Deyə bilmərəm baş hakim həmin epizodda bizə qarşı qərəzli idi ya yox. Yalnız onu deyə bilərəm ki, onun hakim kimi səviyyəsi elitada oyun idarə etməyə imkan vermir. Epizodların heç birinə çatdırmırdı və hər hərəkətində bu açıq-aşkar hiss olunurdu”.   


Son xəbərlər