"Atletik" klubu baş məşqçisiz qaldı

"Atletik" klubu baş məşqçisiz qaldı
XƏBƏR 7 İyul 2012 / 10:50 1749
-  A +

İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Marselo Bielsa istefa verdiyini açıqlayıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, buna yeni mövsümün startı ərəfəsində klubun bazasında aparılan təmir işlərinin hələ də yekunlaşmamasına qəzəblənən argentinallı mütəxəssisin sərt açıqlamaları səbəb olub.

Bilbao təmsilçisinin rəhbərliyinin Bielsanın bu açıqlamalarını kəskin tənqid etməsi də tərəflər arasında narazılığa gətirib çıxarıb. Belədə Bielsa rəhbərliyə istefa verdiyini açıqlayıb. Lakin hələlik rəhbərliyin təcrübəli mütəxəssisin istefasını qəbul etmədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm komandasını Avropa Liqasına daşıyan Bielsa finalda "Atletiko" (Madrid) klubuna məğlub olmuşdu - 0:3.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı