UEFA superkubok oyununadək Tbilisi stadionunda yerlərin sayı artırılacaq

XƏBƏR 7 İyul 2012 / 10:32 2387
-  A +

2015-ci ildə UEFA superkobokunun oyunun keçiriləcəyi Mixail Mesxi adına Tbilisi şəhər stadionunun tutumu artırılacaq.

Qol.Az-ın məlumatına görə, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava “Sport-ekspress” qəzetinə bildirib ki, hazırda sözügüdən arena 25 min azarkeş tutumuna malikdir.

“Düzdür, bu rəqəm superkubok oyunu üçün yetərlidir. Bildiyiniz kimi, bu il il 15-ci dəfə həmin oyunu qəbul edən Monakodakı stadionun 18 min azarkeş tutumu var. Amma biz superkubok matçına kimi stadionumuzda yerlərin sayını daha da artırmağı nəzərdə tuturuq” – deyə federasiya prezidenti bildirib.
 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq