Nihat Kahveçi “Vilyareal”da

Nihat Kahveçi “Vilyareal”da
XƏBƏR 6 İyul 2012 / 19:37 3545
-  A +

“Beşiktaş”dan qalmaqallı şəkildə ayrılaraq futbolu buraxan Nihat Kahveçi sabiq klubu “Vilyareal”a dönüb.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, Nihat İspaniya təmsilçisinin aşağı yaş qruplarından ibarət komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. “Vilyareal”da çalışacağı üçün özünü xoşbəxt hiss etdiyini deyən futbolçu yeni təyinatından danışıb:

“Məşqçilik karyerama start vermək üçün səbrsizlənirəm. Futbolçu həyatımda olduğu kimi məşqçilikdə də hər şeyə sıfırdan başlayacam. “Vilyareal” ən qısa müddətdə La Liqaya vəsiqəni əldə etməlidi. Bu halda məhşur futbolçular yenidən komandada top qovmağa can atacaqlar”.

Son xəbərlər