"Bu mövsüm azarkeşlər daha güclü "Neftçi" görəcəklər"

"Bu mövsüm azarkeşlər daha güclü "Neftçi" görəcəklər"
XƏBƏR 6 İyul 2012 / 18:54 2995
-  A +

"Artıq bir həftədir ki, komandamız Avstriyada hazırlıq keçir. "Neftçi"nin düşərgəsində əla ab-hava var və komandanın direktoru kimi bu məni sevindirir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin direktoru Güloğlan Cabbarov klubun rəsmi saytına açıqlamasında deyib.

Avstriya hazırlığı barədə danışan G.Cabbarov azarkeşlərin bu mövsüm daha güclü "Neftçi" görəcəklərini iddia edib: "Futbolçularımızda nizam- intizam yüksək səviyyədədir. Yeni transfer etdiyimiz oyunçular da kollektivə uyğunlaşmağa başlayıblar. Onların gəlişindən sonra komandamız daha da güclənib. Heyətdəki gənc futbolçularımız da səylə çalışaraq, özlərini yaxşı tərəfdən göstərə bilirlər.
 
Əminlikə deyirəm ki, heyətdə hər mövqe uğrunda güclü rəqabət var və ötən mövsümlə müqayisədə azarkeşlər daha güclü "Neftçi" görəcəklər. Çempionlar liqasında ilk oyunumuza qədər tam hazır olacağıq və uğur qazanaraq, azarkeşlərimizi sevindirəcəyik. Amma, onlar da unutmasın ki, "Neftçi"nin "Zestafoni" ilə oyununda azarkeş dəstəyinə ehtiyacı var. Ümid edirəm, fanatlar "Dalğa Arena"da "Neftçi"ni tək qoymayacaqlar. Odur ki, bütün azarkeşlərimizi indidən matça dəvət edirəm".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord