Berti Foqts milli komandanın heyətini açıqladı

ÖLKƏ FUTBOLU 4 May 2009 / 17:52 2575
-  A +

Berti Foqts mayın 25-dən iyunun 2-dək Türkiyənin Kayseri şəhərində, iyunun 3-dən 9-a qədər Bakıda təlim-məşq toplanşı, iyunun 2-də Türkiyə millisi ilə yoldaşlıq oyunu, iyunun 6-da Uels millisi ilə DÇ-2010-un seçmə mərhələ oyunu, iyunun 9-da isə İspaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, milliyə aşağıdakı futbolçular cəlb olunub: 
 
Fərhad Vəliyev (“Qarabağ), Rauf Mehdiyev (“Olimpik”), Səlahət Ağayev (“İnter”), Rəşad Sadıqov (“Kocaelispor”, Türkiyə), Rail Məlikov (“Neftçi”), Saşa Yunisoğlu (“Bakı”), Mahir Şükürov (“Olimpik”), Aqil Nəbiyev (“Olimpik”), Sergey Sokolov (“Simurq”), Ernani Pereyra (“Karvan”), Samir Abbasov (“İnter”), Cəmşid Məhərrəmov (“Bakı”), Fabio Luis Ramim (“Bakı”), Vladimir Levin (“İnter”), Cavid Hüseynov (“İnter”), Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov (“Simurq”), Zeynal Zeynalov (“Standard”), Vüqar Nadirov (“Karvan”), Daniel Axtyamov (“Minsk” Belarus), Leandro Qomeş (“Olimpik”), Vaqif Cavadov (“Qarabağ”), Branimir Subaşiç (“Çanq Cun Yatay”, Çin)
Ehtiyat heyət: Elvin Məmmədov (“İnter”), Tural Nərimanov (“Karvan”), Elçin Sadıqov (“Neftçi”), Araz Abdullayev (“Neftçi”), Usim Nduka (“Olimpik”), Elnur Allahverdiyev (“Qarabağ”), Tural Cəlilov (“Simurq”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”)
 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın