"İnter" yenə ilk matçını səfərdə keçirə bilər

"İnter" yenə ilk matçını səfərdə keçirə bilər
XƏBƏR 6 İyul 2012 / 18:26 3061
-  A +

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Estoniyanın "Trans" klubunu 5:0 hesabı ilə darmadağın edən "İnter"in növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" komandası ilə qarşılaşacağı haqda xəbər vermişdik.

Qol.Az-ın yunan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" növbəti mərhələyə yüksələcəyi təqdirdə yenə ilk matçını səfərdə keçirə bilər.

Buna səbəb kimi isə Bakının eyniadlı komandasının da iyulun 19-də "Dalğa Arena"da Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşmaq ehtimalı göstərilir. "Dalğa Arena"nın eyni gündə iki oyunu qəbul edə bilməməsi səbəbindən həm "Bakı", həm də "İnter" klubları I təsnifat mərhələsini uğurla keçəcəyi təqdirdə Kaxaber Sxadadzenin komandası ilk görüşünü Bakıda deyil, Yunanıstanda keçirməli olacaq.  Artıq bu barədə UEFA-ya məlumat verilib.

Qeyd edək ki, "İnter" dünən keçirdiyi ilk matçında Estoniyanın "Trans" klubunu səfərdə 5:0 hesabı ilə darmadağın etdiyi halda, "Bakı" doğma azarkeşləri önündə Sloveniya "Mura"sı ilə bacarmayıb - 0:0. Bu komandalar arasında cavab matçı isə iyulun 12-də baş tutacaq.  

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord