“Turan”ın baş məşqçisi: “Xodukin yalan danışır”

XƏBƏR 4 May 2009 / 17:25 2228
-  A +

“Məgər “İnter” “Bakı”dan zəif komandadır? Əgər biz “İnter”ə qarşı o cür mübarizə aparırıqsa, o zaman nəyə görə eyni müqaviməti “Bakı”ya da göstərməyək? “Bakı”ya oyun verəcəyimizlə bağlı yayılan söhbətlər boş şeylərdir. Çünki, elitada qalmağımız rəsmləşmədiyindən bizim özümüzə də xal lazımdır və “Bakı” ilə oyunda çıxıb rəqibə qarşı döyüşəcəyik”. Bu sözləri Qol.Az-a “Turan”ın baş məşqçisi Rasim Əliev “İnter”in baş məşqçisi Valentin Xodukinin “Turan”ın “Bakı”dan xal almasının mümkünsüzlüyünə dair söylədiyi fikirlərə cavab olaraq deyib. Əliyev eyni zamanda ukraynalının “Biz “Turan”la oynayanda yerli azarkeşlər “Bakı” çempion” qışqırırdılar” açıqlamasına da münasibət bildirib: “Nə vaxt elə şey olub? Tovuzda azarkeşlər heç vaxt “Bakı” çempion” qışqırmayıblar. “İnter”lə oyunumuzda belə bir halın baş verdiyini mən görməmişəm. Xodukin yalan danışır”


Son xəbərlər