Zidan Fransa millisini çalışdıra bilər

Zidan Fransa millisini çalışdıra bilər
XƏBƏR 6 İyul 2012 / 13:34 1441
-  A +

"Real" (Madrid) klubunun idman direktoru Zinəddin Zidanın yenidən Fransa millisinə qayıdacağı iddia olunur. 

Qol.Az-ın "L'Equipe"ə istinadən verdiyi məlumata görə, 40 yaşlı sabiq futbolçu Fransa milli komandasını çalışdıra bilər.

"Marsel"in sabiq baş məşqçisi Didye Deşamın milli komandanı çalışdırmaqdan imtina etməsindən sonra Fransa Futbol Federasiyasının prezidenti Noel Qraet məhz Zidanı bu poata gətirməyi planlaşdırır. Artıq tərəflər arasında görüş keçirildiyi və Zidanın da bu təklifi müsbət qarşıladığı bildirilir.

Zidan bununla bağlı belə deyib: "Təxminən 10 il bundan öncə məşqçilik karyeram haqda düşünmürdüm. Hər zaman məşqçi işləməyəcəyimi söyləmişəm. Ancaq indi vəziyyət dəyişib. Özümü baş məşqçi kimi də sınamaq istəyirəm. Ola bilsin ki, 10 ildən sonra Fransa millisini çalışdırdım. Baxaq görək, necə olacaq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi