AZAL Türkiyə mətbuatının diqqət mərkəzində

AZAL Türkiyə mətbuatının diqqət mərkəzində
XƏBƏR 6 İyul 2012 / 12:57 1896
-  A +

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan AZAL klubu qardaş ölkə mətbuatının diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, Türkiyənin "Hurriyet" qəzeti AZAL-la bağlı yazı dərc edib.

Xəbərdə "Davraz Kayak Mərkəzi”ndə hazırlıq keçən AZAL-ın iyulun 13-dək burada qalacağı vurğulanıb. Qəzetdə komandanın baş məşqçisi Vaqif Sadıqovun da hazırlıqla bağlı fikirlərinə yer verilib:

"Burada ağır rejimli məşq keçirik. Türkiyəyə daha öncə bir neçə dəfə gəlmişəm. Ancaq Darvazda ilk dəfədir ki, oluram. Bura təlim-məşq toplanışı üçün hər cür şəraiti olan bir yerdi. Gözəl meydançaları var".

V.Sadıqov yeni mövsümdə də hədəflərinin avrokuboklara qatılmaq olduğunu bildirib: "Mövsüm öncəsi hazırlıqlarımızı burada keçəcəyik. Davrazda 3 yoldaşlıq oyunu keçirmək planlaşdırılıb. İyulun 9-u və 12-də burada hazırlıq keçən komandalarla yoldaşlıq görüşü keçirəcəyik. Ayın 13-də isə Boluya yollanıb hazırlıqlarımızı orada davam etdirəcəyik. Boluda 4 yoxlama oyunu keçirmək fikrimiz var".

Qeyd edə11k ki, Sadıqov sonda təlim-məşq toplanışını iyulun 28-də başa vuracaqlarını bildirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi