PFL azarkeşləri “Hyundai”la sevindirəcək

XƏBƏR 4 May 2009 / 17:05 2014
-  A +

Azərbaycan kuboku yarışlarının qalibinə fəxri mükafat, 1 bəxtəvərə isə Peşəkar Futbol Liqasının "Hyundai Auto Azerbaijan" şirkəti ilə birgə təqdim etdiyi "Hyundai i20" avtomobili təqdim olunacaq. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, XVII Azərbaycan kuboku uğrunda yarışın finalında qalib, təkcə hər hansı klub olmayacaq. İş ondadır ki, bu ildən etibarən ölkə kuboku turnirini təşkil edən Peşəkar Futbol Liqası, azarkeşləri də hədiyyəsiz qoymayacaq. Mayın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyununa gələcək hər bir fanat "Hyundai i20" markalı avtomobil, "Beko" şirkətinin məhsulları olan müxtəlif TV, DVD, audio avadanlıq udmaq şansı əldə etmək imkanı qazanacaq. Bunun üçün azarkeşlərdən sevimli komandalarına dəstək vermək üçün bilet almaq yetərlidir.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq