FİFA-dan inqlabi qərarlar

FİFA-dan inqlabi qərarlar
XƏBƏR 6 İyul 2012 / 11:54 3321
-  A +

FİFA qolların avtomatik müəyyənləşdirilmə sisteminin (goal-line technology - GLT) tətbiqini bəyənib.

“France Presse” agentliyinin verdiyi məlumata görə, müvafiq qərar qurumun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahındakı toplantıda qəbul olunub.

Bu sistem 2012-ci ilin dekabrında klublararası dünya çempionatında, 2013-cü il Konfederasiyalar Kubokunda və 2014-cü il dünya çempionatında tətbiq ediləcək. FİFA-nın qərarı o anlama gəlir ki, GLT-dən dünyada istənilən futbol yarışının təşkilatçıları yararlana biləcəklər. Hazırda “GoalRef” və “Hawk-Eye” sistemlərinin testləşdirilmə prosesi gedir.

FİFA, həmçinin futbol matçlarında 5 hakimdən istifadəni təsdiqləyib. Eyni zamanda qadın futbolçuların hicabla oynamalarına qoyulan qadağa da götürülüb.

Qeyd edək ki, GLT topun qapıdan keçməsini dəqiq müəyyənləşdirmək və hakim səhvlərinin qarşısını almaq məqsədilə işlənilib.

lent.az


Son xəbərlər