Silva: "Real"a keçidimlə bağlı məlumatım yoxdu"

Silva: "Real"a keçidimlə bağlı məlumatım yoxdu"
XƏBƏR 6 İyul 2012 / 01:18 1683
-  A +

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva "Real" (Madrid) klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan ispaniyalı futbolçu "Real"ın onunla maraqlanmasından xəbərsiz olduğunu vurğulayıb:

"Hər zaman peşəkar səviyyəli futbolçu olmağı arzulamışam. Lakin bu xəyalımın bir gün gerçəkləşəcəyini təsəvvür etmirdim. Artıq buna nail olduğum üçün çox xoşbəxtəm. "Real"a keçəcəyimlə bağlı yayılan xəbərlərə gəldikdə isə açığı bu haqda məlumatım yox idi. Ümumiyyətlə, komandamı dəyişmək niyyətində deyiləm. Hələlik, istirahət edirəm və transfer haqda düşünmək belə istəmirəm".  

Qeyd edək ki, "Mançster Siti" rəhbərliyi Silvanı komandada saxlamaq üçün 26 yaşlı futbolçuya ilinə 13 milyon aro təklif edib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın