"Real"ın futbolçusu "Milan"ın hədəfində

"Real"ın futbolçusu "Milan"ın hədəfində
XƏBƏR 6 İyul 2012 / 00:09 2299
-  A +

Cari mövsüm başa çatan kimi bir sıra futbolçularla yollarını ayıran "Milan" klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "II Corrierre dello Sport"a istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xavi Alonsoya "elçi" düşüb.

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdən ispaniyalı futbolçunu komandasında görmək istədiyini açıqlayıb. "Avro-2012"də İspaniya millisinin heyətindəki çıxışı ilə diqqətləri üzərinə çəkən X.Alonsonun "Real"la 2014-cü ilə qədər müqaviləsi var. 30 yaşlı futbolçu da hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Alonso 2009-cu ildə 30 milyon avro qarşılığında "Liverpul"dan "Real" (Madrid) klubuna transfer olunmuşdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord