«Mura» «Bakı»yla oyuna birinci dəstə təmsilçisi «Lokomotiv»in formasında çıxıb!

«Mura» «Bakı»yla oyuna birinci dəstə təmsilçisi «Lokomotiv»in formasında çıxıb!
XƏBƏR 6 İyul 2012 / 00:11 3080
-  A +

"Bak"» klubu bu gün Avropa Liqasının təsnifat mərhələsinin ilk oyununda Sloveniya "Mura"sının Azərbaycan təmsilçisinin təqdim etdiyi formayla çıxmasının səbəbini açıqlayıb.

Qol.Az-ın müxbiri ilə söhbətində klubun icraçı direktoru Yaşar Seyidov bildirib ki, «Mura»nın UEFA-ya göndərdiyi sifariş ərizəsində komandanın forması ağ-qara rəngdə, zolaqlı halda olub. «Bakı»nın da forması zolaqlı olduğundan (göy-ağ rəngdə) oyundan əvvəl hakimlər «Mura»nın başqa bir formada meydana çıxmasını tələb ediblər.

«UEFA-nın qaydalarına əsasən, belə olan halda, meydan sahibi rolunda çıxış edən klub rəqibi alternativ formayla təmin etməlidir. Biz də onlara kömək edib birinci divizionda yarışan Bakının «Lokomotiv» komandasının formasını verdik və onlar oyuna məhz bu formada çıxdılar».

Y.Seyidovun sözlərinə görə, əgər bunu etməsəydilər, UEFA tərəfindən maliyyə cəzasına məruz qala bilərdilər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord