"Mura"nın baş məşqçisi: "Biz peşəkar komanda deyilik"

XƏBƏR 5 İyul 2012 / 23:50 2283
-  A +

“Bizim əsas məqsədimiz burda müdafiəyə meyilli oynayaraq, qapımızda qol görməmək idi. Futbolçularım bunun öhdəsindən gələ bildilər. Öz meydanımızda qol vuraraq növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın I təsnifat mərhələsinin "Bakı" - "Mura" oyunundan sonra qonaq komandanın baş məşqçisi Frank Tayf deyib.

O qeyd edib ki, növbəti oyunda “Bakı”ya qarşı tamam fərqli taktika ilə çıxış edəcəklər. Sloveniyalı məşqçi komandası ilə bağlı maraqlı açıqlama da verib:

"Biz peşəkar komanda deyilik. Bizim futbolçuların çoxunun klubla peşəkar müqaviləsi belə yoxdur".



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı