Georgi Nikolov: «Trans» zəif deyil, sadəcə, ona oynamağa imkan vermədik»

MÜSAHİBƏ 5 İyul 2012 / 23:22 2926
-  A +

Bakının «İnter» klubunun prezidenti Georgi Nikolov bu gün səfərdə Estoniyanın «Trans» klubu üzərində qazandıqları qələbədən (5:0) sonra Qol.Az saytının suallarını cavablandırıb

- Əvvəlcə qələbə münasibətilə sizi təbrik edirik.

- Təşəkkür. Mən də sizi və bütün azərbaycanlı azarkeşləri təbrik edirəm.

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Çox əla. Qazandağımız bu nəticə onu deməyə əsas verir ki, artıq biz növbəti mərhələdəyik.

- «İnter» bu oyunun favoriti sayılırdı. Bəs, 5:0 hesablı qələbə sizin üçün nə dərəcədə gözlənilən oldu?

- Düzü, qələbəyə inamım olsa da, belə nəticəni olacağını gözləmirdim.

- Nəticə təbii ki, sizi qane edib. Bəs, komandanızın oyunu haqda fikirləriniz necədir?

- Belə böyükhesablı qələbəyə baxmayaraq, rəqibin səviyyəsi yüksək idi. Sadəcə biz onlara oynamağa imkan vermədik. Xüsusilə ikinci mərtəbədə «Trans»ın futbolçularını məğlub etdik, onlara oynamağa imkan vermədik və bütün mövqelərdə planlarını pozduq. Hətta deyərdim ki, oyunun sonlarında daha iki qol vura bilərdik.

- Yəni hesab 7:0 «İnter»in xeyrinə də başa çata bilərdi?

- Hər şey mümkün idi.

- Öz meydanında 0:5 hesabıyla uduzan komandanı nə qədər səviyyəli rəqib hesab etmək olar?
 
- Mən o fikirlə razı deyiləm ki, «Trans» zəif komandadır. Komanda tipik Şimali Avropa futbolu nümayiş etdirir. Amma bir daha deyirəm, biz onlara oynamağa imkan vermədik.

- Komandanıza cəlb edilən yeni futbolçuların oyunu haqda fikirləriniz necədir?

- Hələ ki, onlara zaman lazımdır. Hiss olunur ki, hələ komandaya tam uyğunlaşa bilməyiblər.

- Bu gün «Xəzər Lənkəran» da Estoniya təmsilçisiylə qarşılaşdı və 2:2 hesablı heç-heçə etdi.

- Buna çox üzüldük. Ümid edək ki, növbəti səfər oyununda onlar uğur qazanarlar.
 
- Bəs, digər təmsilçimiz «Bakı»nın da Sloveniya «Mura»sıyla oyunda heç-heçə etdiyini bilirsiniz?

- Bundan yalnız indi sizdən xəbər tuturam. Sloveniya futbolunun səviyyəsi pis deyil. Ona görə də hesabın belə olması təəccüblü sayılmamalıdır. Nə etmək olar? Cavab oyununu gözləmək lazımdır. Ümid edək ki, «Bakı» da səfərdən sərfəli nəticə qazanıb mərhələ adlayacaq.

 

Daha çox


Son xəbərlər