Rahid Əmirquliyev: "Bəxtimiz gətirmədi"

Rahid Əmirquliyev: "Bəxtimiz gətirmədi"
XƏBƏR 5 İyul 2012 / 23:12 2172
-  A +

“Özünüz də gördünüz ki, bəxtimiz gətirmədi. Başqa nə deyə bilərəm? Düşünmürəm ki, ilk qol bizi ruhdan saldı. Çünki bundan sonra iki qol vurduq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev "Nomme Kalyu" ilə keçirilən oyundan (2:2) sonra deyib.

R.Əmirquliyev cavab matçında qələbə qazanacaqlarına inandığını bildirib: "Bəlkə də üçüncü qolu vursaydıq, hesab daha böyük ola bilərdi. Amma üçüncü qol da qapıya girmədi. Mən bunu futbolçularımızın ustalıq səviyyəsinin aşağı olmasıyla əlaqələndirməzdim.

Top iki dəfə dirəyinə dəydi. “Xəzər Lənkəran”ın rəqibindən güclü olmasıyla razıyam. Amma futbolda hər şey olur. “Rubin” Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya qalib gəldi. İndi belə çıxır ki, onlar “Barselona”dan güclüdü? Cavab oyununa gəldikdə isə bizə yalnız qələbə lazımdı. Bunu da əldə edəcəyik”.


Son xəbərlər