Yunis Hüseynov: «Hakim nə qərar verdiyini heç özü də bilmirdi»

Yunis Hüseynov: «Hakim nə qərar verdiyini heç özü də bilmirdi»
GÜNDƏM 5 İyul 2012 / 22:18 3166
-  A +

Avropa Liqasının bu gün Estoniyanın «Nomme Kalyu» (Estoniya) komandasıyla ilk oyundan (2:2) sonra «Xəzər Lənkəran»ın baş məşqçisi Yunis Hüseynov görüşlə bağlı fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, o deyib ki, bu gün gərgin oyun keçib: «Belə nəticənin olmasını istəməzdik. Qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Buna baxmayaraq, futbolçularımdan narazı qalmadım. Bu gün bəxt də bizdən üz döndərmişdi. Xeyli qol imkanımız olsa da, top qapıdan keçmədi. Buraxılan qollarda Kamran Ağayevin də səhvi var idi. Bu uğursuzluğun əvəzini Estoniyadan çıxacağıq».

Y.Hüseynov oyunun hakimliyilə bağlı sualı da cavab verib: «Mən hakimlik haqda danışmaq istəmirəm. Bu hakim ilk dəfə idi Avropada oyun idarə edirdi. Nə qərar qəbul etdiyini heç özü də bilmirdi».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı