Ceyhun Sultanov 6 həftədən sonra meydana qayıtdı

XƏBƏR 4 May 2009 / 16:17 2166
-  A +

“Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Ceyhun Sultanov müəyyən fasilədən sonra yaşıl meydana qayıdıb. Qol.Az-ın məlumatına görə, dünən “Qəbələ”yə qarşı keçirilən matçda təcrübəli futbolçu 45 dəqiqə forma geyib. Hazırda zədəsinin tam sağaldığını deyən Ceyhun, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyinə inandığını bildirib. Xatırladaq ki, Sultanov martın 8-də premyer-liqanın XVII turu çərçivəsində səfərdə “Muğan”a qarşı keçirilən matçda zədələnmişdi.   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı