"Qarabağ"ın yeni transferi danışdı

"Qarabağ"ın yeni transferi danışdı
XƏBƏR 5 İyul 2012 / 16:03 2786
-  A +

"Qarabağ" klubunun yeni transferi Riçard Almeyda de Oliveyra Ağdam təmsilçisinə keçidi bağlı fikirlərini bölüşüb. 

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan portuqaliyalı futbolçu "Qarabağ"la böyük uğurlar qazanacağına inandığını bildirib:
 
"Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komandam haqqında ətraflı məlumatım var. Daim avrokuboklarda çıxış edir. Üstəlik, komanda gənc və ambisiyalıdır. Komandanın baş məşqçisiylə söhbət etdikdən sonra nə istədiyini yaxşı başa düşdüm.

Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, "Qarabağ"la böyük uğurlar qazanacam". 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı