Ramiz Məmmədov: "Qoy, belə sürprizlər bizim əleyhimizə olmasın"

Ramiz Məmmədov: "Qoy, belə sürprizlər bizim əleyhimizə olmasın"
MÜSAHİBƏ 5 İyul 2012 / 15:07 2430
-  A +

“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi

- Bu gün komandalarımız Avroliqada mübarizəyə başlayır. İlk növbədə “Bakı” haqda sual vermək istəyirəm. Bu klubdan Sloveniya təmsilçisiylə qarşılaşmada hansı nəticəni gözləyirsiniz?

- “Bakı” oyuna yüz faiz hazır deyil. Həm qapıçı, həm də hücumdakı  problemlər özünü göstə bilər. Səhv etmirəmsə, onlar hazırkı rəqiblərini bir dəfə yoldaşlıq görüşündə məğlub ediblər. Lakin bilirik ki, yoxlama görüşü əsas sayılmır və belə görüşlərdə adətən, yeni futbolçular sınaqdan keçrilir. Ancaq ümumilikdə inanıram ki, “Bakı” Sloveniya “Mura”sından hazırda da güclüdür. Hətta hücumçuları olmasa belə, rahatlıqla rəqibiylə mübarizə aparacaq.

- Rəqibin səfərdə müdafiəyə qapanması komandamıza nə kimi problemlər yarada bilər?

- Taktiki düzülüş çox önəm daşıyır. Həmçinin təlim-məşq toplantısından bu komandalar bir-birlərini yaxşı tanıyır. Düşünürəm ki, Sloveniya təmsilçisi “Bakı”nı yaxşı analiz edib. Məncə, komandamız buna baxmayaraq, rəqib müdafiəsini yara biləcək.

- Bəs, “Xəzər Lənkəran”la bağlı nə deyə bilərsiniz?

- Düzdü, Estoniya millisi hazırda çox yaxşı səviyyədədir. Ancaq mən bunu onların klublarına şamil etməzdim. Çünki eston klubları avrokuboklarda ciddi uğura imza atmayıblar. Fikrimcə, “Xəzər Lənkəran”ın qələbə qazanaraq mərhələni adlayan tərəf olacaq.

- Axı, onların da hücumda problemləri var. Eyni zamanda istənilən transferləri həyata keçirə bilməyiblər.

- Hücumda problemləri olsa da, hücumameyilli futbolçuları həddindən artıq çoxdur. Bu isə pis göstərici sayılmır.

- “İnter”in səfər qarşılaşmasında hansı nəticəylə qayıdacağına ümid edirsiniz?

- Qələbə qazansalar daha yaxşı olar. Lakin reallıqda, Kaxaber Sxadadze oyunu müdafiədən quran bir məşqçidir. İnanıram ki, səfər oyununda bu amil onların qapılarının toxunulmazlığına kömək edəcək. Hətta qollu heç-heçə olsa, bu nəticə “İnter” üçün sərfəlidir. İlk qarşılaşmada cütün taleyi həll olunmasa, Bakıda həlledici görüşdə “İnter” qalib gələcək.

- Ümumiyyətlə, bu üç təmsilçimizin oyununda əksimizə bir sürpriz ola bilərmi?

- Mən çox arzu edirəm ki, qoy, belə sürprizlər bizim əleyhimizə olmasın.

Əli HƏYATİ

 

 

Daha çox


Son xəbərlər