“Qarabağ”da braziliyalı futbolçu

“Qarabağ”da braziliyalı futbolçu
PREMYER LİQA 5 İyul 2012 / 13:40 5412
-  A +

Türkiyənin Ankara şəhərinin Qızılcahamam bölgəsində hazırlıq prosesində olan “Qarabağ”ın düşərgəsinə daha bir yeni futbolçu qoşulub.

Klubdan Qol.Az-a verilən məlumata görə, bu, braziliyalı pleymeyker Riçard Almeyda de Oliveyradır. Baş məşqçi Qurban Qurbanov onu yeni mövsümdən “Neftçi”də çıxış edəcək Rəşad Sadiqovun yerinə gətirib.

23 yaşlı futbolçunun son klubu Portuqaliyanın “Visente” klubu olub. Onunla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord