Klublarımızın Avroliqa oyunları hansı kanallarda yayımlanacaq?

XƏBƏR 5 İyul 2012 / 12:36 3799
-  A +

Bu gün Azərbaycan klublarından ikisinin Avropa Liqasında keçirəcəyi oyun canlı yayımla nümayiş etdiriləcək.

Qol.Az-ın məlumatına görə, saat 20.00-da başlanacaq “Xəzər Lənkəran” – “Nomme Kalyu” (Estoniya) oyunu “İdman Azərbaycan”, 21.00-da başlanacaq “Bakı” – “Mura” (Sloveniya) görüşü isə AzTV vasitəsilə canlı yayımlanacaq.

Avroliqadakı digər təmsilçimiz “İnter”in Estoniyada “Trans”a qarşı oyunu isə heç bir kanalda göstərilməyəcək. “İnter”in prezidenti Georgi Nikolov Qol.Az-a bildirib ki, Azərbaycan telekanallarından heç biri bununla bağlı kluba müraciət etməyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi