“Hələ ilk mərhələni keçək, sonra qrupdan danışaq”

 “Hələ ilk mərhələni keçək, sonra qrupdan danışaq”
MÜSAHİBƏ 5 İyul 2012 / 12:02 2749
-  A +

Azərbaycanın gənc mütəxəssislərindən olan Mirbağır İsayev Qol.Az-a verdiyi müsahibəsində bu gün klublarımızın iştirakı ilə keçiriləcək Avropa Liqasının oyunları haqda fikirlərini bildirib.

- İlk olaraq mübarizəyə “Xəzər Lənkəran” start verəcəyindən elə onların oyunundan başlayaq. Sizcə, Lənkəran təmsilçisi “Nomme Kalyu” səddini keçə biləcək?

- Düzünü deyim, “Xəzər Lənkəran”ın rəqibini heç tanımıram və haqqında da heç bir məlumatım yoxdur. Ona görə də bir söz deyə bilmərəm.

- Məlumat üçün deyək ki, “Nomme Kalyu” hazırda davam edən Estoniya çempionatının lideridir.

- Lideridir? Yenə də bilirsiniz, əsas olan hazırlıqdı. İlk növbədə yaxşı hazırlıqlı olmalısan. Bundan başqa, istək də çox önəmlidir. Yaxşı hazırlığın və istəyin varsa, məqsədinə çata biləcəksən.

- Rəqibin oyununu görməsəniz də hər halda, Estoniya keçmiş sovet ölkəsi olduğundan yəqin onlarla çox üz-üzə gəlmisiniz. Ən azı bu ölkənin futbolu haqqında məlumatınız olar...

- Estonlar atletik, güc futboluna üstünlük verirlər. Daha da konkretləşdirsək, əsl Skandinaviya futbolu oynayırlar.

- Necə düşünürsünüz, Yunis Hüseynov “Xəzər Lənkəran”ın avrokuboklardakı uğursuzluğuan son qoya biləcək?

- Bunu oyun göstərəcək, mən bir söz deyə bilmərəm.

- “Trans” - “İnter” oyunu haqqında nə düşünürsünüz?

- Ümumiyyətlə, hər 3 klubumuz haqqında eyni sözü deyəcəyəm. Belə fərqləndirmək istəmirəm. “Xəzər Lənkəran” haqqında dediyim sözü eyni ilə  “İnter” və “Bakı”ya da aid edərdim. İlk növbədə yaxşı hazırlıq, sonra isə istək olmalıdır. Əks halda, heç bir uğur qazanmaq mümkün olmayacaq, reallıq budur. Mən durub yalandan kimisə tərifləmək fikrində deyiləm.

- Veteran futbolçumuz İsgəndər Cavadov saytıımıza verdiyi müsahibəsində komandalarımızdan hansınınsa qrup mərhələsinə düşəcəyinə inanmadığını deyib. Siz Cavadovla razısınız?

- Bu, İsgəndər Cavadovun subyektiv fikridir. Mən istəyirəm ki, hər 4 klubumuz ilk öncə birinci mərhələni keçsin. İndidən qrup oyunarı haqqında danışmaq, proqnoz vermək düzgün deyil. Hələ ilk mərhələni keçək, sonra qrupdan danışaq.
    
Anar XANLAROV

Daha çox


Son xəbərlər