Junior: "Rəqibi tam ciddi qəbul etməliyik"

Junior: "Rəqibi tam ciddi qəbul etməliyik"
XƏBƏR 5 İyul 2012 / 11:44 1371
-  A +

"Komandamızda vəziyyət əladır. Ümumiyyətlə, “Bakı”da yerli futbolçularla əcnəbilərə heç bir fərq qoyulmur. Biz hamımız “Bakı”nın futbolçusuyuq və Azərbaycanı təmsil edirik".

Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına açıqlamasında "Bakı"nın futbolçusu Junior deyib.

Mura ilə bu axşam qarşılaşacaqları oyun haqda danışan braziliyalı futbolçu rəqibi ciddi qəbul etməli olduqlarını bildirib: "Bu gün oyunda qələbə qazanmağa çalışacağıq. Sloveniya futbolu proqnoza sığmır, rəqibi tam ciddi qəbul etməliyik. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik, bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Bakı" - "Mura" matçı bu axşam saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər