"İnter"dən darmadağın, "Bakı" və "Xəzər Lənkəran"dan qanqaraldıcı nəticə

"İnter"dən darmadağın, "Bakı" və "Xəzər Lənkəran"dan qanqaraldıcı nəticə
ÖLKƏ FUTBOLU 5 İyul 2012 / 22:50 13135
-  A +

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri - "Bakı", "Xəzər Lənkəran" və "İnter" də mübarizəyə qoşulub.

Klublarımızdan ilk olaraq "Xəzər Lənkəran" meydana çıxıb. Yunis Hüseynovun komandası Lənkəran şəhər stadionunda Estoniyanın "Nomme Kalyu" klubunu qəbul edib. Estoniya təmsilçisi hazırda ölkə çempionatının lideri olmasına baxmayaraq, "Xəzər Lənkəran" bu cütün əsas favoriti hesab olunurdu. Lakin "Xəzər Lənkəran" rəqibin müqavimətini qıra bilməyib - 2:2. 

Bakının "İnter" klubu isə Estoniyanın digər təmsilçisi ilə qarşılaşıb. Səfərdə "Trans" (Narva) klubunun qonağı olacaq Kaxaber Sxadadzenin komandası ilk oyundan sərfəli nəticə ilə ayrılmağa çalışacaqdı. Lakin "bankirlər" rəqibini meydana çıxmağa peşman edib. Fasiləyə qədər 2 qol vuran "İnter" ikinci hissədə daha 3 dəfə fərqlənib - 5:0.

Paytaxtın "Bakı" klubu isə "Dalğa Arena"da Sloveniyanın "Mura" komandası ilə üz-üzə gəlib. Bir illik fasilədən sonra yenidən Avrokuboka qayıdan "zolaqlılar" bu görüşüb əsas favoriti hesab olunurdu. Sloveniyada təlim-məşq toplanışı çərçivəsində "Mura"nı 4 cavabsız qolla məğlub edən "Bakı" bu dəfə rəqibin müqavimətini qıra bilməyib - 0:0.

Qeyd edək ki, "Xəzər Lənkəran" cavab matçını iyulun 10-da, "İnter" və "Bakı" isə bir həftə sonra - iyulun - 12-də keçirəcək.


 

5 iyul

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları

21:00. "Bakı" (AZƏRBAYCAN) – "Mura" (Sloveniya) - 0:0
Hakimlər: Sergey Dankovski, Yevgeni Xalamendik, Oleksandr Yakimenko, Vitali Romanov (Ukrayna)
Bakı. “Dalğa Arena” stadionu

"Bakı": Aqil Məmmədov, Rodriges, Denis İvanovs, İbrahim Karqbo, Çesnauskis, Junior Vilson, Lukas Horvat (Elvin Məmmədov, 61), Cəmşid Məhərrəmov, Verpakovskis (Uinston Parks, 69), Kovaçeviç, Şoliç (Rəhman Hacıyev, 55)

"Mura": Aleş Luk, Leon Sres, Denis Kramar, Fabian Çipot, Matis Maruşko, Erik Yanja, Leon Xorvat, Draqan Yeliç (Rok Krubnoşyak, 77) , Demyan Boxar, Mate Etoroviç, Nusvil Faiç

 
20:00. "Xəzər Lənkəran" (AZƏRBAYCAN) – "Nomme Kalyu" (Estoniya) - 2:2
Qollar:
Vakui, 5 (0:1), Branimir Subaşiç, 6 (1:1), Manuel Skarlatake, 30 (2:1), Eino Puri, 70 (2:2)
Hakimlər: Mitja Zganec, Gregor Rojko, Robert Vukan, Dragoslav Peric (Sloveniya)
Lənkəran. Şəhər mərkəzi stadionu

"Xəzər Lənkəran": 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Robert Alves, 7. Salio Tounkara (Rikardo Qomez, 71), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 11. Brenes Randal, 14. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 16. Adrian Pit, 27. Manuel Skarlatake

"Nomme Kalyu": 1. Vitali Teles, 5. Alo Baremgraub, 6. Jorge Rodrigues, 7. Eino Puri, 8. Seesay Yankuba, 9. Damiano Quintieri (Yerdakimov, 87), 10. Oliver Konsa (Daniel Mets, 83), 11. Kristien Vilkmae, 14. Kem Kallaste, 75. Hidetoşi Vakui, 77. Tihon Şişon


20:30. "Trans" (Estoniya) - "İnter" (AZƏRBAYCAN) - 0:5
Qollar:
Baçana Sxadadze, 11 (0:1), 36 (0:2), Asif Məmmədov, 63 (0:3), Georgi Adamiya, 70 (0:4), Nizami Hacıyev, 77-pen (0:5)
Hakimlər: Aleksandr Boukat, Jimmy Cremers, Patrick Plumes, Laurent Colemonts (Belçika)
Rakvere. "Rakvere" stadionu

“Trans”: Vladimir Malkov, Sergey Kazkov, Bitali Qussev, Dmitris Medeçkis, Maksim Qruznov, Aleksandr Abramenko, Sergey Leonovits, Erik Qriqoryev, Stanislav Kitto (k), Aleksandr Alekseyev, Aleksey Kuplov-Oqinski

“İnter”: Giorgi Lomaya, Valer Abramidze, Slavço Georgiyevski, Georgi Adamiya (Daniel Genov, 83), Asif Məmmədov (Nizami Hacıyev, 68), Vladimir Levin (k), İlia Kandelaki, Brüs Abdullaye, Arif Daşdəmirov, İbrahima Niasse, Baçana Sxadadze

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi