Van Persi: "Arsenal" formasını geyinmək istəmirəm"

Van Persi: "Arsenal" formasını geyinmək istəmirəm"
GÜNDƏM 5 İyul 2012 / 02:51 2876
-  A +

"Arsenal" klubunun hücumçusu Robin Van Persinin komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu gələn mövsüm komandadan ayrılacağını açıqlayıb:

"Komandadakı taleyim barədə açıqlama verməyimin lazım olduğunu düşündüm. Mətbuatda bu haqda çox yazırlar. Mövsümün sonunda baş məşqçi Arsen Vengerlə görüşüm oldu. Həmin görüş zamanı maddi məsələlər müzakirə edilmədi.

Ötən mövsümü çox gözəl keçirdim. Ancaq mənim əsas hədəfim titul qazanmaqdır. Venger və komanda yoldaşlarımın mənə olan qayğı və dəstəyini hiss edirəm. Ancaq təəssüf ki, gələn mövsüm "Arsenal" formasını geyinmək istəmirəm. Bu barədə çox düşündüm və müqaviləmi uzatmamağı qərara aldım. Bu qərarıma hər kəsin hörmətlə yanaşmasını istərdim".

Qeyd edək ki, "Arsenal"la müqaviləsi 2013-cü ilin iyununda başa çatacaq Van Persi ilə "Mançester Siti", "Yuventus", "Real" (Madrid) və "Barselona" klubları yaxından maraqlanır.

Daha çox


Son xəbərlər