"Marsel" Didye Deşama əvəzləyici tapdı

"Marsel" Didye Deşama əvəzləyici tapdı
XƏBƏR 5 İyul 2012 / 02:13 1539
-  A +

Cari mövsümün sonunda Didye Deşamla yollarını ayıran Fransanın "Marsel" klubu yeni baş məşqçinin adını açıqlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Marsel təmsilçisi Elie Baupla iki illik müqavilə imzalayıb.

2009-cu ildə "Nant"dan ayrılan 57 yaşlı mütəxəssis 3 mövsüm idi ki, işsiz qalmışdı. Lakin buna baxmayaraq, "Marsel" rəhbərliyi baş məşqçi postunu 2014-cü ilə qədər Baupa həvalə edib.

Qeyd edək ki, Baup 1999-cu ildə "Bordo" klubu ilə Fransa çempionluğu sevinci yaşamışdı.


Son xəbərlər