"Avro-2020"ni qəbul etməyə namizəd şəhərlər bəlli oldu

"Avro-2020"ni qəbul etməyə namizəd şəhərlər bəlli oldu
XƏBƏR 5 İyul 2012 / 01:57 2556
-  A +

UEFA prezidenti Mişel Platininin 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının keçirilməsini istədiyi 12 şəhər üzə çıxıb.

Qol.Az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, siyahıda çempionata iddia ərizəsi verən ölkələrdən heç birinin şəhəri yer almayıb.

İndiyədək iddia ərizəsi ilə UEFA-ya yalnız Türkiyə müraciət edib. Azərbaycan və Gürcüstan niyyət protokolu imzalayıb. İrlandiya, Şotlandiya və Uels də namizədliyini vermək niyyətindədir. Lakin Platini çempionat oyunlarının Münhen, Berlin (hər ikisi Almaniya), London, Mançester (hər ikisi İngiltərə), Roma, Milan (hər ikisi İtaliya), Madrid, Barselona (İspaniya), Paris (Fransa), Moskva (Rusiya), Varşava (Polşa), Stokholm (İsveç) şəhərlərində təşkilini istəyir.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyənləşib. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhranından ehtiyatlanması durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adıçəkilən şəhərlərdə yetərincə imkanların olduğu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qənaətinə gəlib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı