Bolqar mətbuatı bu dəfə Svetkovu hədəfə aldı

XƏBƏR 4 May 2009 / 14:44 1991
-  A +

Son vaxtlar Bolqarıstan mətbuatının Azərbaycan premyer liqasına olan marağı daha da artıb.  Bu isə səbəbsiz deyil. Çünki ölkəmizdə kifayət qədər bolqar futbolçu oynayır. Qol.Az-ın məlumatına görə, bolqarlar bu dəfə “Xəzər-Lənkəran”dan olan həmyerliləri İvan Svetkovu diqqət mərkəzində saxlayıblar. Həmkarlarımız Azərbaycan premyer liqasının son turunda keçirilən “Xəzər-Lənkəran”-“Qəbələ” matçına geniş toxunublar. Onlar həmyerliləri Svetkovun bu matçı yaxşı keçirdiyini və qol vurduğunu, lakin həmin qolun “Xəzər-Lənkəran”ı məğlubiyyətdən xilas etmədiyini yazıblar. Bununla belə, bolqar jurnalistlər Svetkovun bombardirlər yarışında “İnter”li Valet Quqlemona çatdığınə xüsusi qabardıblar.


Son xəbərlər