"Yuventus"a bəd xəbər

"Yuventus"a bəd xəbər
XƏBƏR 5 İyul 2012 / 01:16 2294
-  A +

İtaliya A Seriyasının son çempionu olan "Yuventus" klubu bəd xəbərlə sarılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın aparıcı müdafiəçisi Giorgio Çelini zədələnərək sıradan çıxıb.

"Avro-2012"nin finalında İspaniya - İtaliya matçında (0:4) sol baldırından zədələnən futbolçu oyunu tərk etməli olmuşdu. Oyundan sonra tibbi müayinədən keçən 27 yaşlı futbolçunun sol baldırında yırtıq təsbit olunub. Belədə futbolçunun ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Qeyd edək ki, Çelinin avqustun 11-də İtaliya Superkuboku çərçivəsində keçiriləcək "Yuventus" - "Napoli" matçında iştirak etməyəcəyi dəqiqləşib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın