"Ronaldo və Pirlo da İspaniyanın qarşısını ala bilmədi"

"Ronaldo və Pirlo da İspaniyanın qarşısını ala bilmədi"
XƏBƏR 5 İyul 2012 / 00:01 1822
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Avro-2012"nin qalibi olan İspaniya millisi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Times of İndia"ya danışan Maradona hətta Kriştiano Ronaldo və Andrea Pirlonun da İspaniya millisini saxlaya bilmədiyini bildirib:

"İspaniya millisi sadəcə dünyanın ən yaxşı komandası deyil. Onlar hazırda ən baxımlı oyun nümayiş etdirən komandadır. "Avro-2012"də heç bir komanda ispanların qarşısını ala bilmədi. Ronaldo buna yaxın oldu, ancaq bacarmadı.

Pirlonu isə rəqibin 4 yarımmüdafiəçisi zərərsizləşdirdi. Həqiqətən də İspaniyanın yarımmüdafiə xətti çox güclüdür. Məhz onların sayəsində İspaniya millisi "Avro-2012"də 12 qola imza atdı. Mənim üçün İspaniyanın yenidən çempion olması gözlənilməz olmadı". 

Qeyd edək ki, Maradona "Avro-2012"nin ən gözəl qolu kimi İsveçin forvardı Zlatan İbrahimoviç Fransaya vurduğu topu seçib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı