"Araz" "Eyndhoven"lə eyni qrupa düşdü

XƏBƏR 4 İyul 2012 / 18:49 1838
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz "Araz", püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

"Araz"ın rəqibləri Hollandiyanın "Endhoven", Macarıstanın "Györ" klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda olacaq.

İlkin mərhələnin C qrupunda EID Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi