"Biz nəticəni yox, buraxdığımız səhvləri fikirləşməliyik"

"Biz nəticəni yox, buraxdığımız səhvləri fikirləşməliyik"
XƏBƏR 4 İyul 2012 / 18:24 1640
-  A +

"Rəqibimiz Rusiya Premyer Liqasında mübarizə aparan klub idi. Məğlub olmağımıza baxmayaraq, rəqiblə bərabər səviyyəli oyun nümayiş etdirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev "Kuban"la oyundan (0:2) sonra deyib.

A.Abdullayev oyun ərzində bir neçə qol imkanlarının olduğunu bildirib: "Qol vurmaq üçün bir-neçə imkanımız oldu. Biz nəticəni yox, buraxdığımız səhvləri fikirləşməliyik. Elə yoxlama oyunlarının mahiyyəti odur ki, bu çatışmazlıqları aradan qaldıraq".


Son xəbərlər