“Bakı”nın rəqibi problemlə üzləşdi

XƏBƏR 4 İyul 2012 / 18:23 2117
-  A +

Sabah Avropa Liqasının təsnifat mərhələsində “Bakı”yla qarşılaşacaq Sloveniyanın “Mura” komandasının bu gün “Dalğa Arena”da nəzərdə tutulan məşqi, eyni zamanda komandanın baş məşqçisinin mətbuat konfransı baş tutmayacaq.

Bu haqda Qol.Az-a “Bakı”nın icraçı direktoru Yaşar Seyidov məlumat verib. O qeyd edib ki, “Mura” klubu viza almaqda problemlə üzləşdiyinə görə Azərbaycan paytaxtına bu gün gələ bilməyəcək. Viza məsələsini son anda həll edən Sloveniya klubunun Bakıya çarter reysilə iyulun 5-i, gecə saat 02.00 radələrində gələcəyi gözlənilir.


Son xəbərlər