"Trabzonspor"un hücumçusu "Latsio" yolunda

"Trabzonspor"un hücumçusu "Latsio" yolunda
XƏBƏR 4 İyul 2012 / 17:38 1878
-  A +

"Trabzonspor" klubunun hücumçusu Burak Yılmazın yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcəyi iddia olunur.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "Latsio" klubu heyətini türkiyəli futbolçu ilə gücləndirməyi planlaşdırır.

Roma təmsilçisi 26 futbolçu ilə 5 illik müqavilə imzalamaq niyyətindədir. Bununla bağlı, artıq "Latiso" rəhbərliyi "Trabzonspor"la danışıqlara başlayıb. Tərəflər razılığa gələcəyi təqdirdə Burak yeni mövsümdən "Latsio"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, Burak "Latsio"ya transfer olunacağı halda ilinə 2 milyon avro qazanacaq.

Daha çox


Son xəbərlər