Pirlo: "Balotelli ilə aramızda heç bir problem yoxdu"

Pirlo: "Balotelli ilə aramızda heç bir problem yoxdu"
XƏBƏR 4 İyul 2012 / 15:27 1555
-  A +

İtaliya milli komandasının yarımmüdafiəçisi Andrea Pirlo maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan Pirlo İtaliya millisinin "DÇ-2014"də daha yaxşı çıxış edəcəyini bildirib:

"İtaliya millisinin "DÇ-2014"də daha yaxşı çıxış edəcəyini düşünürəm. Çezare Prandelli komandaya yeni nəfəs gətirib. Onun istefasını düşünmək belə qorxunc olardı. "Qızıl top" mükafatına gəldikdə isə şansımın çox az olduğunu deyə bilərəm. Məncə, bu mükafat ya Messi, ya da Ronaldoya qismət olacaq".

Daha sonra millidəki komanda yoldaşı Mario Balotellinin "Yuventus"a keçəcəyi ilə bağlı xəbərlərə toxunan 33 yaşlı futbolçu bu haqda belə danışıb: "Təbii ki, Balotellinin "Yuventus"a keçidi mümkündür. Onunla eyni ölkənin vətəndaşıyıq və eyni dildə danışırıq. Milli komandada birgə çıxış edirik. Balotelli ilə aramızda heç bir problem yoxdu. Onun "Yuventus"a gəlişi komandanın xeyrinə olacaq".

 

Daha çox


Son xəbərlər