Sergey Artyux “Qəbələ”yə qarşı oynamayacaq

XƏBƏR 4 May 2009 / 14:00 2137
-  A +

"Simurq"un ukraynalı forvardı Sergey Artyux "Bakı" ilə qarşılaşmada sarı vərəqə görərək, cəzalı duruma düşüb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mövsümdə 8-ci dəfə xəbərdarlıq alan ukraynalı futbolçu reqlamentə görə "Qəbələ" ilə qarşıdan gələn oyunu buraxmalıdır. Bu mövsüm premyer-liqada 24 oyun keçirən 23 yaşlı Sergey bunların 20-də 90 dəqiqə oynayıb və ümumilikdə, 2073 dəqiqə meydançada olub, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord