Böyükağa Ağayev: “Hücumçularımız yaxşı oynasaydılar, qalib gələrdik”

XƏBƏR 3 May 2009 / 19:20 2283
-  A +

“Oyun normal keçdi. Hər iki komanda 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev deyib. B.Ağayev qalib gələ bilməmələrini hücumçuların zəif oynamasıyla əlaqələndirdi: “Karvan” azlıqda qalsa da, qalib gələ bilmədik. Bunun da günahını hücumçularımızın zəif çıxışında görürəm. Əgər onlar vəzifələrinin öhdələrindən gəlsəydilər, bu gün qalib gələrdik”.

 


Son xəbərlər