Serxio Ramos: “Bütün İtaliya ondan aslıdır”

Serxio Ramos: “Bütün İtaliya ondan aslıdır”
XƏBƏR 30 İyun 2012 / 02:50 2754
-  A +

“Hələ heç bir Avropa komandası indiyə qədər bizim keçdiyimiz yolu keçə bilməyib. Hətta, bazar günü məğlub olsaq belə, yenə tarixə düşəcəyik. Hələ bu, bizim üçün yeni bir eranın başlanğıcıdır. Qarşıda İspaniya millisini xeyli həlledici oyunlar gözləyir. Hansı ki, böyük əziyyət tələb edir. Kim ki, bizim zəhmətimizi qiymətləndirmir, bu, onların hüququdur. Ancaq biz onlara böyük qələbələrimizi göstərəcəyik. Ölkəmiz bizimlə fəxr etməlidir. Biz evə başıuca qayıdacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin finalında İtaliya millisi ilə qarşılaşacaq İspaniyanın təcrübəli müdafiəçisi Serxio Ramos deyib.

33 yaşlı müdafiəçi rəqibin heyətində yer alan əfsanəvi Andrea Pirlo haqqında danışmağı da unutmayıb: “Bütün İtaliya ondan aslıdır. O, komandasının bütün oyununu idarə edir. Ancaq bizim də komandada bu cür futbolçular var. Düşünürəm ki, Xavi italyanlara güzəştə getməyəcək. Lakin ümumi nəticə tək bu iki futbolçunun ustalığından və ağlından aslı olmayacaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord