“Xəzər Lənkəran” vətənə qayıtdı

“Xəzər Lənkəran” vətənə qayıtdı
XƏBƏR 30 İyun 2012 / 01:32 2422
-  A +

Avstriyadakı təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” artıq vətənə qayıdıb.

Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi dünən axşam saatlarında ölkəmizə qədəm qoyub. Paytaxtda yaşayan futbolçular dərhal evlərinə, legionerlər isə müvəqqəti məskunlaşmaq üçün Bakıdakı otellərdən birinə yollanıblar. Futbolçuların sabah dincələcəyi deyilir. Yunis Hüseynovun komandası bazar günü Bakıda 1 yüngül məşq planlaşdırıb. Bazar ertəsi isə cənublular Lənkərana yola düşəcək. Komanda, Avropa Liqasının I təsnifat mərhələsinbdə qarşılaşacağı Estoniyanın “Nomme Kalyu” matçının hazırlıqlarını doğma şəhərdə keçəcək. Ancaq ola bilər ki, planlarda dəyişiklik edilsin və "Xəzər Lənkəran" elə bazar günü Lənkərana yollansın.

Qeyd edək i, “Xəzər Lənkəran-“Nomme Kalyu” matçı iyulun 5-də saat 20:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı