“Simurq” “Kocaelispor”u məğlubiyyətə uğratdı

XƏBƏR 29 İyun 2012 / 19:54 2773
-  A +

Bu gün yay toplanışı çərçivəsində Türkiyədə ilk yoxlama matçına çıxan “Simurq” yerli “Kocaelispor” klubu ilə üz-üzə gəlib və rəqibinə heç bir şans verməyib.

Qol.Az-ın məlumatına görə, Zaqatala klubu rəqibini 4:2 hesabıyla məğlubiyyətə uğradıb. Kocaeli şəhərində baş tutan oyunda “Simurq”un qollarına 29-cu dəqiqədə Sanito, 36-cı dəqiqədə Rüstəm Məmmədov,  42-ci dəqiqədə Rəşad Eyyubov və 51-di dəqiqədə Aleksanr Şemonayev imza atıblar.

Qeyd edək ki, “Simurq” növbəti hazırlıq matçını iyulun 2-də Rusiya təmsilçisi “Spartak”a (Nalçik) qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı