"Arsenal"ın yeni transferi: "Van Persinin yerinə gəlmədim"

"Arsenal"ın yeni transferi: "Van Persinin yerinə gəlmədim"
XƏBƏR 29 İyun 2012 / 16:55 3733
-  A +

"Arsenal" klubunun yeni transferi Olivier Jiru maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "France Football"a danışan fransız hücumçu "Arsenal"a Robin Van Persinin yerinə gəlmədiyini bildirib:

"Mən "Arsenal"a Van Persinin yerində oynamağa gəlməmişəm. Əksinə onunla birgə oynamağı arzulayıram. Van Persi ötən mövsümü çox gözəl keçirib. Komandanın ona hər zaman ehtiyacı var. Van Persi də mənim kimi solaxaydır. Bununla belə, inanıram ki, oyunumuz yaxşı alınacaq".

Qeyd edək ki, Jiru "Arsenal"ın sabiq futbolçularından Tyeri Anri, Rober Pires və Patrik Vieyranın heyranı olduğunu açıqlayıb.

 


Son xəbərlər