"Qarabağ" Bakını tərk edir

XƏBƏR 29 İyun 2012 / 16:33 1752
-  A +

Ağdamın "Qarabağ" klubu Türkiyəyə yollanır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-2013 mövsümünün hazırlıqlarına başlayan komanda sabah Bakını tərk edəcək.

Qardaş ölkəyə təlim-məşq toplanışına yollanan "Qarabağ" sabah 10:30-da Bakı – Ankara reysiylə hərəkət edəcək. Komanda təlim-məşq toplanışının ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsində məskunlaşacaq.

Komandamnın Türkiyənin paytaxtında hazırlığı 2 həftə davam edəcək. İyulun 14-ü vətənə qayıdacaq komanda ayın 17-də təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. Yenə də qardaş ölkəyə yollanacaq "Qarabağ" bu dəfə Boluda məskunlaşacaq. Qurban Qurbanovun komandası iyulun 29-na qədər təlim-məşq toplanışını davam etdirib Bakıya qayıdacaq.


Son xəbərlər