“Zestafoni”nin kapitanı: “Neftçi”dən nəyə görə çəkinməliyik?”

“Zestafoni”nin kapitanı: “Neftçi”dən nəyə görə çəkinməliyik?”
MÜSAHİBƏ 29 İyun 2012 / 16:14 3426
-  A +

Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Gürcüstan çempionu “Zestafoni”nin kapitanı Tornike Aptsiauri Qol.Az-a müsahibə verib

- “Neftçi” ilə oyunun hazırlığı necə gedir?

- Hazırda Avstriyadayıq, Tirolda. Hər şey qaydasında və yüksək səviyyədədir. Axşam Rumıniyanın “Astra” klubu ilə yoxlama oyunumuz var.

- İlk mərhələdə “Neftçi” ilə üz-üzə gələcəksiniz. Püşkə münasibətin necədir?

- Normal. Bundan da güclü rəqib düşə bilərdi. Eyni zamanda, daha zəif rəqiblə də qarşılaşmaq olardı. Artıq bunu müzakirə etmək heç nəyi dəyişməyəcək. Püşk atılıb, rəqib məlumdur. Sadəcə, çıxıb oynamaq lazımdır.

- Şansları necə dəyərləndirirsən? Yəqin ki, xəbərin var, çoxları bu cütlükdə “Neftçi”ni favorit görür...

- Bu, normaldı. Çünki “Neftçi”nin heyətində güclü legionerlər çıxış edir. Ümumiyyətlə, Azərbaycanda çıxış etdiyim dönəmlərdən bu komandanı tanıyıram və gücünə bələdəm.

- Yeri gəlmişkən, özün də dedin ki, Azərbaycanda futbol oynamısan, "Qəbələ"nin kapitan sarğısını daşımısan. Deməli, “Neftçi” haqqında müəyyən məlumatları da baş məşqçinizə ötürmüsən...

- (gülür) Mən Azərbaycanda 3 il bundan qabaq çıxış etmişəm. Aradan keçən müddətdə “Neftçi”nin heyəti 3 dəfə dəyişib.

- Rəqibinizdən daha çox hansı xüsusiyyətinə görə çəkinirsiniz?

- Prinsipcə, ümumiyyətlə,  çəkinmirik. “Neftçi”dən nəyə görə çəkinməliyik? Bəli, onların büdcələri çoxdur, heyətlərində bahalı futbolçular var, favorit sayılırlar. Ancaq bu, bizim onlardan çəkinməyimizə əsas vermir.  Çıxıb öz oyunumuzu oynayacağıq. Kim güclüdür, qoy, o da qalib gəlsin.

- Azərbaycanda keçirdiyin günləri necə xatırlayırsan?

- Əla. Bildiyiniz kimi, mən “Qəbələ”də forma geyinmişəm. O vaxt bizim çox yaxşı komandamız var idi. Heyf ki, çempionatda yer tuta bilmədik.

- “Qəbələ”nin hazırkı çıxışlarını izləyirsən?

- İmkan daxilində internet vasitəsilə nəticələrlə maraqlanıram.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord