İspaniya - İtaliya matçını idarə edəcək hakimlərin adları açıqlandı

İspaniya - İtaliya matçını idarə edəcək hakimlərin adları açıqlandı
AVRO-2012 29 İyun 2012 / 15:06 3766
-  A +

UEFA iyulun 1-də "Avro-2012"nin final matçını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bazar günü axşam Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək İspaniya - İtaliya matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi olacaq Perdo Proensaya Bertino Kunya Miranda və Rikardo Fereyra Santuş kömək edəcək. Türkiyəli referi Cüneyt Çakır isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Proensa cari mövsüm Çempionlar Liqasının final matçını - "Bavariya" - "Çelsi" görüşünü də idarə etmişdi. 



1 iyul

İspaniya - İtaliya
Baş hakim:
Pedro Proensa (Portuqaliya)
Köməkçi hakimlər: Bertino Kunya Miranda və Rikardo Fereyra Santuş (hər ikisi Portuqaliya)
Dördüncü hakim: Cüneyt Çakır (Türkiyə)


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı