Ronaldonun səkkiz fərqli hərəkəti

Ronaldonun səkkiz fərqli hərəkəti
DÜNYA FUTBOLU 29 İyun 2012 / 13:47 3943
-  A +

“Avro-2012”nin yarımfinalında İtaliyaya penaltilər seriyasında uduzan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jestləri və ritualları ilə yenə maraq dairəsinə düşüb.

Qol.Az-ın məlumatına görə, Ronaldonun müəyyən hərəkərləri bəzilərinə qəribə görünsə də, bir futbolçu olaraq onu digərlərindən fərqləndirir.

Beləliklə, Ronaldonun matç öncəsi və oyun zamanında maraq kəsb edən səkkiz hərəkəti:

1. Qısaqol forma geyinmir

O, həmişə meydana uzunqollu formada çıxır. Ronaldonu indiyədək qısaqol formada görən olmayıb. Portuqaliya millisində qapıçı Rui Patrisio istisna olmaqla, uzunqollu formada oynayan yeganə futbolçu Ronaldodur.

2. Hər oyunda fərqli saç

Ronaldo hər oyuna fərqli saç düzümüylə çıxır və fasilə zamanı imicini dəyişir. O, buna artıq vərdiş edib.

3. Meydançaya sonuncu çıxır

Tuneldən meydana yavaş-yavaş addımlarla ən son çıxmağı sevir. Oyunlar bitən kimi kapitanlıq sarğısını çıxarır.

4. Musiqi seçir

Oyunlardan əvvəl hansı musiqinin seçilməsinə qərar verirdi. Amma sonda buna həvəsi itdiyindən bu işi Raul Meireleslə Velosoya həvalə edib.

5. Topsuz dayana bilmir

Fasilə zamanı paltardəyişmə otağına girən kimi ilk hərəkəti topa toxunmaq olur. Məşqçi taktiki göstərişlər verəndə belə topla hərəkət edir.

6. Ailəsini çox sevir

Oyunlar zamanı ailəsinin hansı tribunada oturduğunu hər zaman bilən Ronaldo qol vuranda onları salamlayır.

7. Təyyarədən birinci o düşür

Komandanın avtobusunda ən son sırada oturan Ronaldo təyyarədə isə ön cərgədə oturur. Təyyarədən isə birinci özü düşür.

8. Beş addım geri atır

Sərbəst zərbələr zamanı geriyə doğru beş addım atır, ayaqlarını aralı qoyub dərin nəfəs alır.


Son xəbərlər