“Zestafoni” Mirça Rednikin komandasına qarşı

“Zestafoni” Mirça Rednikin komandasına qarşı
XƏBƏR 29 İyun 2012 / 12:26 2198
-  A +

Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Gürcüstan çempionu “Zeftafoni” bu gün yoxlama görüşü keçirəcək.

Qol.Az-ın Gürcüstan klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, gürcülər Rumıniya yüksək liqa təmsilçilərindən olan “Astra” ilə qarşılaşacaq. Matç “Zestafoni”nin təlim-məşq toplanışında olduğu Avstriyanın Tirol şəhərində baş tutacaq. Bu qarşılaşma gürcülərin Avstriya toplanışı çərçivəsində ilk oyunu olacaq.

Qeyd edək ki, hazırda “Astra”nın baş məşqçisi “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mirça Rednikdi

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı